“Ermənistan “yeni Ukrayna”ya çevrilə bilər, çox narahatam” – Akopjanyanbackend

"Ermənistan “yeni Ukrayna”ya çevrilə bilər, çox narahatam" - Akopjanyan

“Rusiya Qərbin Ermənistandakı planlarına müqavimət göstərmək istəyəcək. Və bunu necə etdiyini biz Ukraynanın timsalında görürük. Böyük təlatümlər dövründə yaşamaq çox çətindir. Axı onların kiçik dövlətlərin və xalqların taleyinə necə təsir edəcəyi bəlli deyil. İndi dünyanın yenidən bölünməsi baş verir. Rusiya bəşəriyyətin taleyinə təsir etmək üçün daha geniş hüquq istəyir və Qərb buna qarşı çıxır. Eyni zamanda, hələ son sözünü deməyən Çin faktoru da var. Qlobal qarşıdurmanın sonda necə nəticələnəcəyini isə heç kim bilmir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Razmik Akopjanyanın məqaləsində yer alıb: “Bütün baş verənlərin fonunda Vaşinqton fikir ayrılıqlarını aradan qaldırmaq və sülh üçün yol xəritəsi hazırlamaq məqsədi ilə  Azərbaycan və Ermənistan arasında Qarabağ üzrə növbəti danışıqlara hazırlaşır. Azərbaycan mediası öz diplomatik mənbələrinə istinadən yazır ki, əgər Vaşinqtonda aparılan danışıqlar sülh üçün “yol xəritəsi”nin hazırlanmasında uğur qazanarsa, o zaman Avropa Azərbaycan və Ermənistan liderlərini qəbul etməklə işi bitirəcək. Yəni bir neçə həftə ərzində sülh müqaviləsi bağlanacaq. Bütün bunları necə qəbul edə bilərik? Bu yerdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən gün verdiyi bəyanatı xatırlatmaq vacibdir. “Mən bildiyimə görə, ABŞ və Avropa İttifaqının nümayəndələri, xüsusən də Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində “vicdanlı makler” rolunu oynamaq üçün müraciət ediblər”. Zaxarovanın rəhbəri, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, amerikalılar Rusiyanın qanuni maraqlarına, rus mədəniyyətinə, ənənələrinə qarşı səlib yürüşü elan ediblər. Bütün bunlar böyük narahatlıq hissi yaradır. Çünki Rusiya rəsmi İrəvana təzyiq etmək də daxil olmaqla, Qərbə müqavimət göstərə bilər. Kreml Bakıya təzyiq göstərmək istəmir və ya bunu bacarmır.  Ən azı Ərdoğan Türkiyədə hakimiyyətdə olduğu müddətdə bunu edə bilməyəcək”, – deyə erməni analitik vurğulayıb.

Akopjanyanın sözlərinə görə, Ermənistanın “yeni Ukrayna” olmaq riski böyükdür:”Rusiya Qərbin planlarına müqavimət göstərmək istəyəcək. Onların Ermənistanın maraqlarına necə cavab vermələrinin fərqi yoxdur. Önəmli olan odur ki, Rusiya Qərbin bu prosesə müdaxiləsini özü üçün təhlükə hesab edir. Kremlin bütün bunlara necə qarşı çıxdığını isə biz Ukraynanın timsalında görürük. Ona görə də çox narahatam”, – deyə Akopjanyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*