“Ermənistana daşınan narkotiklər orduya çatır” – Xaçikyanbackend

"Ermənistana daşınan narkotiklər orduya çatır" - Xaçikyan

“Narkotiklərin orduya çatdığı barədə məlumatlar var”. 

KONKRET.az xəbər verir ki, bunu Stenford Universitetinin doktoru Artur Xaçikyan “Ermənistanda narkomaniya” mövzusunda mətbuat konfransında çıxışında deyib.

“Artıq Ermənistanda məktəb və universitetlərdə narkotiklər paylanılır.

Hətta orduda belə yayıldığı barədə məlumatlar var. Gənclər, 16-17 yaşlı uşaqlar arasında narkotik yayılır ki, bu da təbii ki, çox böyük fəlakətdir.

Bilirəm ki, hər halda bütün bunlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən müəyyən tədbirlərə başlanılıb. Lakin bu aksiyalar çox daha intensiv şəkildə aparılmalıdır.

Bu, millətimizin sonu ilə nəticələnə biləcək bir fəlakətdir. Bu, sadəcə olaraq gənclərimizi məhv edə bilər. Onlar sözün əsl mənasında camaatı narkotiklə məşğul edirlər”,- o əlavə edib.

Qeyd edək ki, 3 ton kokain məsələsində Ermənistanın yüksək rütbəli məmurlarının əli olduğu bildirilir.

“Ermənistanın Milli Təhlükəsizlik Xidməti böyük narkotik şəbəkəsinin izinə düşüb. Bu sxemə Ermənistan vətəndaşları və əcnəbilər cəlb olunub.

Hüquq-mühafizə orqanları həm yuxarı hakimiyyət orqanlarından, həm də yüksək vəzifəli məmurlardan şübhələnirlər. Həbslər gözlənilir”, – deyə erməni mətbuatı yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*