“Ermənistana göndərilən 3 ton kokainin sahibinin kim olduğunu bilmirik” – Dövlət Komitəsi – VİDEObackend

"Ermənistana göndərilən 3 ton kokainin sahibinin kim olduğunu bilmirik" - Dövlət Komitəsi - VİDEO

“Ermənistana göndərilən 3 tona yaxın narkotikin alıcısının kim olduğunu hələ bilmirik”.

KONKRET.az xəbər verir ki, İtaliyanın Maliyyə Qvardiyası Ekvadordan Ermənistana gələn rekord miqdarda – 2734 kiloqram kokain aşkarlayıb.

Qeyd olunur ki, qadağan olunmuş yük Kalabriyanın cənub bölgəsindəki Gioia Tauro şəhərinin limanında saxlanılıb.

Narkotik 78 ton banan arasında 12 metrlik bağlamalarda dondurularaq gizlədilib. Bu 2 konteyner Gürcüstanın Batumi limanı vasitəsilə Quayakildən (Ekvador) Ermənistana gəlirdi.

Mütəxəssislərin fikrincə, skanerlərin və Coel adlı itin köməyi ilə aşkar edilən partiya təxminən 800 milyon avroya başa gələ bilər.

Ermənistan Dövlət Gəlirləri Komitəsindən medianın sorğusuna cavab olaraq bildirilib ki, 78 ton bananın müştərisinin kim olduğunu bilmirlər.

“Yük Ermənistana çatana qədər biz müdaxilə edə bilmərik, heç bir məlumatımız ola bilməz. Alıcının kim olduğunu ancaq İtaliya deyə bilər”, – deyə Komitə qeyd edib.

“Ermənistan” fraksiyasından olan deputat Aqnes Xamoyan əmindir ki, hakim elita nümayəndələrinin və ya hakimiyyətə yaxın şəxslərin himayəsi və ya birbaşa iştirakı olmadan, bu 3 tona yaxın “yük” daşına bilməzdi.

Ermənistan Baş Prokurorluğu tərkibində 2,7 ton kokain olan banan partiyasının saxlanması ilə bağlı nəşrləri öyrənir, araşdırma aparır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*