Ermənistanda 24 yaşlı rus qızın meşədə meyiti tapıldıbackend

Ermənistanda 24 yaşlı rus qızın meşədə meyiti tapıldı

Ermənistanda, Dilican-İrəvan yolunun yaxınlığındakı meşədə 24 yaşlı Rusiya vətəndaşının meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, çılpaq tapılan meyitin üzərində zorakılıq izləri olub.

Məlumata görə, meyit iyunun 4-də Ermənistana gələn 24 yaşlı Rusiya vətəndaşına məxsusdur. Mərhumun anası iki gün qızı ilə əlaqə yarada bilmədiyi üçün polisə müraciət edib.

Hazırda faktla bağlı cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*