Ermənistanda açıq şəkildə qeyri-qanuni silah alveri HƏYATA KEÇİRİLİR – VİDEObackend

Ermənistanda açıq şəkildə qeyri-qanuni silah alveri HƏYATA KEÇİRİLİR - VİDEO

Ermənistandakı ticarət mərkəzlərinin birində qeyri-qanuni silah alveri həyata keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanın ticarət mərkəzlərindən birində qeyri-qanuni silah və sursat satışı məntəqəsi aşkar edilib.

Kotayk polisinə 49 yaşlı erməninin ticarət mərkəzlərindən birində qanunsuz silah və sursat alveri ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məlumatları yoxlayıb və məlum olub ki, həmin erməni həqiqətən də icazəsiz tapança, odlu silah və patron satır.

Mağazanın sahibi olan 49 yaşlı erməni və 40 yaşlı işçisi saxlanılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*