“Tütün istehsalının Ermənistan iqtisadiyyatı üçün əhəmiyyətli dərəcədə təsiri var və düşünülməmiş qərarların qəbul edilməsi çox mənfi nəticələrə səbəb ola bilər. Ermənistan hökuməti tərəfindən həyata keçirilən tütün əleyhinə tədbirlər nəticəsində aksiz vergisindən daxilolmalar xeyli azalacaq”.
KONKRET.az xəbər verir ki, bu fikirləri İqtisadçı ekspert Vahax Xaçatryan “Sputnik Armenia”yaya hökumətin təsdiqlədiyi “Tütün məhsulları və onların əvəzedicilərinin istifadəsi ilə sağlamlığa zərərin azaldılması və qarşısının alınması haqqında” qanun layihəsini şərh edərkən deyib.
Ekspertin fikrincə, belə bir layihənin iqtisadiyyata təsirinin nəticələri çox ciddi ola bilər. Bütün Aİİ ölkələri arasında Ermənistan ən aşağı aksiz vergisinə sahib idi. “Hamımızın eyni Birlikdə olduğumuz aydındır. Fərqli vergi dərəcələri problemi olsa da, nəzərə alınmalıdır ki, aşağı aksiz vergisi şəraitində istehsalçıların ixrac və satış üçün daha çox imkanları var. Lakin təklif olunan qanun layihəsi istehsala və ixraca mənfi təsir göstərəcək”.
KONKRET.az