Ermənistan Baş Prokurorluğu Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının arxiyepiskopu Mikael Açapaxyan barəsində cinayət işi başladıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” nəşri Baş Prokurorluğa istinadən yayıb.
Məlumata görə, arxiyepiskop Açapaxyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etməkdə ittiham olunur. Lakin din xadimi hüquq-mühafizə orqanlarının hələ onunla heç bir əlaqə saxlamadığını bildirib.
Qeyd edək ki, dünən Ermənistanda müxalif “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətinə həbs edilib. O və tərəfdarları terror aktı hazırlığı və konstitusiyaya zidd şəkildə hakimiyyəti ələ keçirməyə cəhddə şübhəli bilinir.
Natiq Səlim,
KONKRET.az