Ermənistanda bundan sonra 17 iyun Atalar Günü kimi qeyd olunacaq.
KONKRET.az xəbər verir ki, müvafiq qanun layihəsi avqustun 15-də hökumətin iclasında təsdiqlənib.
Əsasnamədə göstərilir ki, Ermənistan Konstitusiyasının 16-cı maddəsində ailənin qorunmasının əhəmiyyəti ilə bağlı dövlətin məsuliyyəti nəzərdə tutulur.
“Ermənistan Respublikasının dövlət bayramları və yaddaqalan tarixləri haqqında” Qanun aprelin 7-də qeyd olunan Analıq və Gözəllik Gününü müəyyən edir, lakin mövcud qaydalara Atalar Günü daxil deyil.
Qanunvericiliyə düzəlişlər layihəsinin məntiqi izahatında deyilir: “Bir sıra ölkələrdə Atalar Günü atalara hörmət və minnətdarlıq bildirmək üçün qeyd olunur”.
Rəsmiyyə Şərifova,
KONKRET.az