Ermənistanda atəşfəşanlıqla bağlı QADAĞA: Yalnız dövlət tədbirlərində KEÇİRİLƏCƏKbackend

Ermənistanda atəşfəşanlıqla bağlı QADAĞA: Yalnız dövlət tədbirlərində KEÇİRİLƏCƏK

Ermənistanda atəşfəşanlıq yalnız dövlət və ya ictimai əhəmiyyətli bayram tədbirlərində keçiriləcək.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə hakim partiyadan olan deputat Sisak Qabrielyan deyib.

Onun sözlərinə görə, pirotexniki vasitələrin idxalı və satışını yalnız lisenziyası olan təşkilatlar həyata keçirəcək.

“Biz nəzarəti gücləndirmək qərarına gəldik. Beləliklə, yetkinlik yaşına çatmayanlara pirotexniki vasitələrin satışı qadağan olunacaq”, – deyə Qabrielyan bildirib.

Qanun rəsmi dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*