Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundubackend

Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu

İrəvanda dilin tam qrammatikasını özündə əks etdirən və yeni başlayanlar üçün nəzərdə tutulmuş yeni Azərbaycan dili dərsliyi nəşr olunub.

KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı xarakteri və erməni tərəfinin maraq dairəsi nəzərə alınaraq, dərslikdə əsasən hərbi, siyasi və diplomatik sahələrə aid lüğət və mətnlər yer alıb. Kitaba erməni-azərbaycanca və azərbaycanca-ermənicə lüğətlər də əlavə olunub.

Dərsliyin müəllifi əslən Ağdərədən olan Aşot Movsisyandır. İxtisasca şərqşünas və türkoloqdur. Kitabın redaktoru filologiya elmləri namizədi, dosent, şərqşünas Artyom Tonoyandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*