Ermənistan Mərkəzi Hərbi Həkim Komissiyasının üzvlərindən biri çağırışçıya hərbi xidmətdən yayınmağa kömək etməkdə ittiham edilərək həbs edilib.
KONKRET.az Sputnik agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, İrəvandakı cərrahiyyə klinikasının rəhbəri (M.M.) həkim komissiyasının üzvü, oftalmologiya klinikasının rəis müavini (Q.Ş.) ilə birlikdə çağırışçıdan hərbi xidmətdən yayınması üçün 6,5 min dollar alıb.
Komissiyanın rəyinə əsasən, çağırışçı hərbi xidmətə yararsız hesab edilib.
Həmçinin müəyyən edilib ki, cərrahiyyə klinikasının rəhbəri 2023-cü ilin oktyabrından 2024-cü ilin yanvarına kimi daha üç çağırışçının pul müqabilində hərbi xidmətdən azad edilməsini təşkil edib.
Nəticədə oftalmologiya klinikasının rəis müavini külli miqdarda rüşvət almaqda ittiham olunaraq həbs edilib.
İbtidai istintaq yekunlaşıb, iş materialları məhkəməyə göndərilib.
Natiq Səlim,
KONKRET.az