Ermənistanda daha bir atışma: 19 yaşlı gənc güllələndibackend

Ermənistanda daha bir atışma: 19 yaşlı gənc güllələndi

Ermənistanın Abovyan şəhərində 19 yaşlı gənc odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, hadisə bu gün gecə saatlarında baş verib. Abovyan tibb mərkəzinə odlu silahdan açılan atəş nəticəsində yaralanan bir nəfər vətəndaşın yerləşdirilməsilə bağlı polisə məlumat daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı İrəvandakı xəstəxanalardan birinə aparılıb.

Yaralının 19 yaşlı Armen Poqosyan adlı şəxs olduğu bildirilir. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*