Ermənistanda daha bir deputatın toxunulmazlığı ləğv edildibackend

Ermənistanda daha bir deputatın toxunulmazlığı ləğv edildi

Ermənistan parlamenti müxalif “Hayastan” fraksiyasının nümayəndəsi Artur Sarkisyanı deputat toxunulmazlığından məhrum edib.

KONKRET.az xəbər verir ki, Baş prokurorun bununla bağlı vəsatətinə 62 deputat səs verib, əleyhinə səs verən olmayıb.

Sisyanın keçmiş meri arxiyepiskop Baqrat Qalstanyanın həbs olunduğu iş çərçivəsində cinayət təqibinə məruz qalacaq. Arxiyepiskop “hakimiyyəti zorla ələ keçirməyə və terror aktı hazırlamağa” cəhddə ittiham olunur.

Qeyd edək ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib. Ohanyandan başqa, müxalif “Hayastan” fraksiyanın katibi Artsvik Minasyanın da deputat toxunulmazlığı ləğv olunub.

Ötən həftə Ermənistanın Baş prokuroru sabiq müdafiə naziri, müxalif “Hayastan” fraksiyanın rəhbəri Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı parlamentə vəsatət təqdim edib.

Xatırladaq ki, “Hayastan” fraksiyasının rəhbərinə qarşı qaldırılmış cinayət işi 2010-2015-ci illərdə Geqarkunik vilayətinin Draxtik icmasında 10,5 min kvadratmetr ərazinin qanunsuz mənimsənilməsinə aiddir. Ohanyan bu ərazini müdafiə naziri kimi mənimsəməkdə və büdcə hesabına malikanə tikməkdə ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*