Ermənistanda etiraz aksiyası başladı – Polislə toqquşmalar yaşanır – VİDEObackend

Ermənistanda etiraz aksiyası başladı - Polislə toqquşmalar yaşanır - VİDEO

Ermənistanın Armavir vilayətində polislə vətəndaşlar arasında toqquşma baş verib.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, vilayətdə Parkar icmasına başçı seçkiləri zamanı qələbə qazanan “Ömürboyu ölkə” partiyasının nümayəndəsi Volodya Qriqoryanın nəticələri məhkəmə tərəfindən ləğv edilib.

Bundan sonra onun tərəfdarları etiraz aksiyası keçiriblər. Nəticədə polislə toqquşma baş verib.

Qeyd edək ki, etirazçılar hazırda Armavir vilayətinin mərkəzinə yürüş etməyə cəhd edirlər. Əraziyə xeyli sayda polis qüvvələri cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*