Ermənistanda HƏYƏCAN: İsrail-İran gərginliyi sərhədə yaxınlaşırbackend

Ermənistanda HƏYƏCAN: İsrail-İran gərginliyi sərhədə yaxınlaşır

İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücum Cənubi Qafqazda təhlükəsizlik balansına birbaşa təsir göstərir və bu vəziyyət Ermənistan üçün əlavə təhlükəsizlik çağırışları yaradıb.

KONKRET.az xəbər verir ki, bu barədə iranşünas Vardan Voskanian açıqlama verib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi yaranmış geosiyasi vəziyyəti düzgün qiymətləndirərək, təxirəsalınmaz və kompleks tədbirlər görməlidir. Voskanian qeyd edib ki, bölgədə – xüsusilə də Naxçıvanda – Azərbaycan və Türkiyə arasında keçirilən birgə hərbi təlimlər fonunda Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığı yüksək səviyyəyə qaldırılmalıdır.

Bununla yanaşı, o, Ermənistanın müttəfiq ölkələrlə təhlükəsizlik sahəsində koordinasiyanı qapalı diplomatik kanallar vasitəsilə intensivləşdirməsinin vacibliyini vurğulayıb. İranla həm diplomatik, həm də təhlükəsizlik qurumları xətti ilə daimi və effektiv əlaqələrin saxlanılması da Ermənistan üçün prioritet olmalıdır.

Vardan Voskanian hesab edir ki, yaranmış vəziyyətdə Ermənistan daxilində ictimai həmrəylik təmin edilməli, milli birliyin qorunması daxili siyasi gündəliyin əsas məsələsinə çevrilməlidir. Onun fikrincə, yalnız bu yanaşma Ermənistanın regional təhlükəsizlik təhdidlərinə qarşı effektiv cavab verməsinə imkan yarada bilər.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*