“Ermənistanda investisiya aclığı qaçılmazdır” – Tiqran Jrbaşyanbackend

“Ermənistanda investisiya aclığı qaçılmazdır” - Tiqran Jrbaşyan

Ermənistanda uzun illər ərzində ilk dəfə büdcə balansı pozulub. Belə ki, büdcə kəsirinin böyüklüyü kapital xərclərini üstələyir. 2021-ci il üçün büdcə kəsirinin 342 milyard dram (dövlət büdcəsinin təxminən 18,5 faizi, təxminən 700 milyon dollar) olması, kapital xərcləri isə 215 milyard dram (400 milyon dollardan çox) olacağı proqnozlaşdırılır. Əslində problemin ən böyüyü Ermənistanın müharibədən məğlubiyyətlə və böyük itkilərlə çıxmasıdır. Bu isə investorların ölkədən qaçmasına səbəb ola bilər. Nəzərə alaq ki, büdcənin xeyli hissəsi xarici banklardan götürülmüş kreditlər hesabına formalaşır.

KONKRET.az xəbər verir ki, “Ameria Consulting Company”nin direktoru Tiqran Jrbaşyan vəziyyəti təhlil edərkən deyib ki, “Müharibədən böyük itkilərlə çıxmış bir ölkədə birbaşa xarici sərmayə gözləmək sadəlövhlükdür. Üstəlik qeyri-müəyyənlik, təhlükəsizlik üçün mövcud təhdid mövcud investorları da qorxuda bilər, bəziləri öz kapitallarını Ermənistandan geri çəkmək istəyə bilər”.

Onun sözlərinə görə, təhlükəsizlik riskləri, ölkədə hökm sürən siyasi qeyri-müəyyənlik, iqtisadi vəziyyətin pisləşməsi və xaricə kapital axını Ermənistandan yeni köç dalğasına səbəb ola bilər. Bu, koronavirus pandemiyasından və müharibədən sonra baş verə biləcək ən qorxulu hadisədir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*