Ermənistanda kilsədə partlayış: Keşiş yaralandıbackend

Ermənistanda kilsədə partlayış: Keşiş yaralandı

Ermənistanın Geqarkunik rayonunun Martuni şəhərində yerləşən Müqəddəs Məryəm ana kilsəsində, ziyarətçilərin qəbul edildiyi otaqda partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, partlayış dalğası tikilinin giriş qapısını dağıdıb və pəncərələri sındırıb. Hadisə zamanı kilsənin keşişi Akop Barseqyan xəsarət alıb.

Partlayışın səbəbi hələ ki müəyyən edilməyib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Polisdən hələ ki hadisə ilə bağlı açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*