“Ermənistanda küçə döyüşləri 9 noyabrdan tez başlayacaq” – Minasyan hökuməti HƏDƏLƏDİbackend

“Ermənistanda küçə döyüşləri 9 noyabrdan tez başlayacaq” – Minasyan hökuməti HƏDƏLƏDİ

“Ermənistanda küçə müharibəsi “9 noyabr”dan tez başlaya bilər”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Ermənistan” bloku məlumat yayıb və “Şərəfim var” partiyasına dəstək nümayiş etdirəcəyini açıqlayıb.

“Küçə döyüşlərinin (mitinqlər, yürüşlər, yolların bağlanması) 9 Noyabr tarixindən əvvəl başlaya biləcəyi mümkündür. Hadisələrin inkişafına əsaslanaraq istənilən vaxt istənilən tələblər qoyula bilər. 9-10 noyabr mitinqlərinə gəlincə, biz 20 gün əvvəldən müraciət etmişik. Hakimiyyətin apardığı danışıqlar da daxil olmaqla bütün proseslər açıq olmalıdır. Erməni İcmasının və diasporun iştirakı təmin edilməlidir. Müxalifət qüvvələrinin bir-biri ilə rəqabət aparmaq istəyi yoxdur, vəzifəmiz ancaq milli təhdidlərə müqavimət göstərməkdir” – deyə “Ermənistan” blokunun katibi Artsvik Minasyan vurğulayıb.

“Şərəfim var” blokunun katibi Hayk Mamicanyan isə Ermənistanın maraqlarına zidd olan proseslərlə mübarizə aparmağa yönəlmiş istənilən hadisəsini dəstəkləməyə hazır olduğunu bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Arif
    Oktyabr 25, 2021 - 16:42

    Qırılın ,ölün sizə nə olsa haqdır..

Arif üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*