“Ermənistanın məhkəmə sistemində böyük qalmaqal yaranıb və hakimlər artıq susmaq istəmirlər, əksinə ictimaiyyət qarşısında mübarizə aparmaq qərarına gəliblər”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri olan “Joxovurd” qəzeti yazıb:
“Fakt ondan ibarətdir ki, bir qrup hakim məhkəmə sistemindəki mövcud vəziyyətlə bağlı artıq ədliyyə nazirinə ərizə yazıb. Hətta daxili söhbət zamanı hökumətdən heç bir gözləntilərinin olmadığını bildiriblər. Bu vəziyyət bir sıra hakimin siyasi hakimiyyətin xeyrinə qərar qəbul etməkdən imtinasından sonra yaranıb. Nəticədə 8 ayda hakimlər barəsində 22 intizam icraatı başlanıb. 2020-ci il ərzində isə icraatların sayı 11 olub” – qəzet bildirir.
Qəzetin yazdığına görə, nəticədə İrəvan şəhərinin birinci instansiya ümumi yurisdiksiya məhkəməsinin hakimləri Zaruhi Naxşkaryan, Qayane Mazmanyan, Murad Hovakimyan, Arman Hovannisyan, David Qriqoryan, Apellyasiya Cinayət Məhkəməsinin hakimləri Sergey Marabyan və Aleksandr Azaryan hədəfə alınıb: “Və bu yaxınlarda o da təsdiqləndi ki, siyasi hakimiyyət Ermənistan Apellyasiya Cinayət Məhkəməsinin hakimi Vazgen Rştuniyə qarşı müharibə elan edib. Hakimlər artıq susmamaq qərarına gəliblər və konkret üsyana hazırlaşırlar” – ”Joxovurd qeyd edir.
Müşviq Tofiqoğlu
KONKRET.az