Ermənistanda hakimlərdən birinin mənzilindən 12,5 kq qızıl tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb. Məlumata görə, İrəvanda hakimlərdən birinin mənzilində ümumi çəkisi təxminən 12,5 kq qızıl tapılıb.
“Aldığımız məlumata görə, hakim ölməzdən əvvəl evi qızına vəsiyyət edib. Qızı isə kifayət qədər uzun müddət ölkədə yaşamırdı. Daha sonra o, təmizlikçilərə müraciət edərək mənzili təmizləmələrini xahiş edib.
Bir də hakim bu qədər qızılı haradan alıb? Qızıl ölən hakimə və ya hakimin evinə gələn hər hansı bir şəxsə məxsusdurmu?
İndi hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Yalnız bir şey aydındır: Hakim ölüb və onun mənzilindən 12,5 kq ağırlığında qızıl külçələr tapılıb.
Biz ictimai qınağın qarşısını almaq üçün hakimin adını açıqlamırıq:, – deyə nəşr bildirib.
Xuraman Etibarlı,
KONKRET.az