Ermənistan hökuməti sərnişin daşımalarını elektron platformalar vasitəsilə həyata keçirən şirkətləri vergiyə cəlb etmək niyyətindədir.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, müvafiq qanunvericiliyə dəyişikliklər paketi iyunun 22-də hökumətin iclasında təsdiq edilib.
Məlumata görə, söhbət onlayn proqramlar vasitəsilə taksi xidmətləri göstərən şirkətlərdən (GG, Yandex, UTaxi və s.) gedir.
“Bu sahədə çalışanlar üçün qeyri-bərabər rəqabət şəraiti yaradılıb ki, bu da qanunsuz daşımaların təşkilinə şərait yaradır”, – məlumatda deyilir.
Əsaslandırmalara görə, qurumların fəaliyyəti tənzimlənmir, sahə üzrə işçilərin faktiki sayı, onların vergiləri ödəməməsi nəticəsində dövlət büdcəsinə daxil olmayan pul vəsaitlərinin məbləği barədə məlumat yoxdur.
İqbal Rzayev,
KONKRET.az