Ermənistanda polislə aksiyaçılar arasında insidentbackend

Ermənistanda polislə aksiyaçılar arasında insident

Ermənistan paytaxtında növbəti aksiya keçirilib. Azərbaycanla toqquşmalarda ölən hərbçilərin valideynləri “Öldürülən Vətəndaş Günü” aksiyası keçirərək, müxalifət nümayəndələri ilə birgə parlamentin yaxınlığında piket və paytaxtın mərkəzindən yürüş təşkil ediblər.

KONKRET.az bu barədə erməni mediasına istinadən bildirir.

Etirazçılar hesab edirlər ki, indiki hakimiyyət və onun uğursuz xarici siyasəti ölkədə bir çox bəlalara, o cümlədən Qarabağdakı müharibəyə, minlərlə insanın ölümünə səbəb olub.

Aksiyanın gedişində ölən əsgərlərin valideynləri ilə polis arasında mübahisə yaranıb. Polis şimal prospektindəki heykəlin üstündə dövlət məmurlarının fotolarını asmamağa çağırıb. Lakin etirazçılar öz mövqelərində israr ediblər, bu da mübahisəyə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*