“Yol bağlıdırsa, Ermənistanda yaşayan Samvel Avetisyan Qarabağa necə gəlib?”.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
“Qarabağın azərbaycanlılar tərəfindən “blokada”ya alınmasının onuncu günündə, bir gün əvvəl “dövlət naziri” Ruben Vardanyan öz “kabinet”inin ilk üzvünü Qarabağın “prezident”inə bu sahənin köhnə adamlarından birini professor-müəllim kimi təqdim etdi. İrəvan Tibb Universiteti Samvel Avetisyan “səhiyyə naziri” vəzifəsinə təyin olundu və həmin gün o, kafedranın kollektivinə təqdim olundu.
“Biz soruşduq ki, Ermənistanda yaşayan Samvel Avetisyan “qapalı” Qarabağa necə gəlib? “Dövlət nazirinin aparat rəhbəri” Samvel Balayan bizə dedi: “Cənab Avetisyan dekabrın 8-dən Qarabağdadır, sferanı öyrənməklə məşğul idi, ona görə də köçməyə ehtiyac yox idi”, – deyə qəzet yazıb.
Lakin qəzet yenə “qapalı yol” məsələsinin müəmmalı olduğunu bildirərək, qapalı sözünü dırnaq işarəsi ilə yazıb.
Deməli, özlərinə sərf edən məsələlərdə yol bağlıdır, belə məsələlərdə yol açıqdır. Rus köpəyi özü gəldiyi bəs deyilmiş kimi, indi də ətrafına Ermənistanın tör-töküntülərini, quldurlarını yığır.
Tülkü xislətli ermənilər də elə hay-haray qoparıb ki, elə bil Ukrayna müharibəsi Qarabağda gedir.
Xuraman Etibarlı,
KONKRET.az