“Ermənistanda yeganə qorunan ərazi varsa, o da Paşinyanın bədənidir, qalan heç nə qorunmur” – Qazaryanbackend

"Ermənistanda yeganə qorunan ərazi varsa, o da Paşinyanın bədənidir, qalan heç nə qorunmur" - Qazaryan

“Ermənistanda yeganə qorunan ərazi varsa, o da Paşinyanın bədənidir, qalan hər şey müdafiəsizdir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan deyib.

Edqar Qazaryan hökumət rəsmiləri tərəfindən zorakılıq hallarını sadalayıb.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Sarkis Ovannisyanın canlı yayımda jurnalistə qarşı zorakılığını xatırlayın, bu, hamının gözü qarşısında baş verdi.

Belə təfəkkürə malik olan şəxs xüsusi xidmətə rəhbərlik edə bilməz. Ötən gün Paşinyanın mühafizəçiləri xəstəxanada olan yaşlı kişini və oğlunu döyüblər.

Yerablurda ölən əsgərlərin valideynlərinə polis tərəfindən zorakılıq tətbiq edildikdən sonra onlara qarşı cinayət işi başlanıb”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu faktlar Paşinyanın artıq heç nədən qorxmadığını göstərir. Digər tərəfdən, hakimiyyət bu cür hərəkətləri ilə cəmiyyət arasında qorxu mühiti yaratmağa çalışır.

“Vətən xaricdən qorunmadığı qədər, Nikol Paşinyan ölkə daxilində o qədər qorunur. Ermənistanda yeganə qorunan ərazi Nikol Paşinyanın bədənidir, qalan heç nə qorunmur. Paşinyan hələ də ölümlə nəticələnən qərarlar qəbul edir”, – Qazaryan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*