Bu gün saat 15:25 radələrində Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularını daşıyan “Ural” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
KONKRET.az xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb.
Ölkənin Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hadisədə yararlananlar da var.
Hazırda məlumatlar dəqiqləşdirilir. Müdafiə Nazirliyi hadisə ilə bağlı əlavə məlumat verəcək.
Günel Mikayılova,
KONKRET.az