Zəlzələ Ermənistanın Aşotsk kəndindən 15 km şərqdə baş verib.
KONKRET.az xəbər verir ki, bir gün əvvəl, dekabrın 12-də, yerli vaxtla saat 23:28-də Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi 2,4 gücündə zəlzələni qeydə alıb.
Episentrin coğrafi koordinatları 41,02⁰ şimal eni və 44,04⁰ şərq uzunluğudur. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Episentrdə zəlzələnin gücü 3 bal olub.
Zəlzələ Şirak rayonunun Aşotsk, Mets Sepasar, Kazançı, Karmravan, Musayelyan və Lori rayonunun Noramut, Katnaxbyur kəndlərində 2 bal gücündə hiss olunub.
Vəli Həsənov,
KONKRET.az