Ermənistandan “Metsamor”la  bağlı QƏRARbackend

Ermənistandan “Metsamor”la bağlı QƏRAR

Ermənistanda bu gün yerli vaxtla saat 01:45-də “Metsamor” AES-in 2 saylı enerji blokunun 75 gün müddətinə planlı təmirinə başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd olunub ki, reaktorun NN2 və 3 nasoslarında, turbogeneratorlarında təmirin aparılması nəzərdə tutulur. Bundan əlavə, bəzi təhlükəsizlik sistemlərinin modernləşdirilməsi üzrə işlər aparılacaq.

Məlumata görə, işə Rusiya, Çexiya və digər ölkələrdən də mütəxəssislər cəlb olunacaq.

Enerji blokunun işə salınması bu il iyulun 18-nə planlaşdırılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*