Ermənistandan Türkiyə ilə bağlı sərhəd açıqlaması – Yeni mesaj Ankaraya yönəldibackend

Ermənistandan Türkiyə ilə bağlı sərhəd açıqlaması - Yeni mesaj Ankaraya yönəldi

“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına və sərhədlərinin açılmasına sadiqdir”.

KONKRET.az xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının onlayn formatda keçirilən 48-ci iclasında iştirak edən Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

Onun sözlərinə görə, artıq iki ölkə arasında diplomatik münasibətlərin yaradılması üçün danışıqlar aparılır. O ümidvar olduğunu bildirib ki, sərhədlər açıldıqdan sonra iqtidadi əlaqələr getdikcə inkişaf edəcək.

Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan da Tallinndə Estoniyanın xarici işlər naziri Marqus Çahkna ilə birgə mətbuat konfransında deyib ki, İrəvan qonşusu ilə diplomatik münasibətləri tənzimləməyə və üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədləri açmağa hazırdır.

“Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. Türkiyə ilə münasibətlərin mərhələli şəkildə tənzimlənməsi, üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olanlar üçün sərhədlərin açılması ilə bağlı müqavilələrimiz var. Düşünürəm ki, onları yerlərdə həyata keçirməyin vaxtı çatıb”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*