“Ermənistanı hansısa ölkənin əyalətinə çevirmək istəyirlər” – Artur Ovannisyanbackend

“Ermənistanı hansısa ölkənin əyalətinə çevirmək istəyirlər” - Artur Ovannisyan

“Ermənistanın daxili siyasi həyatına müdaxilə edərək müəyyən qrupları hərəkətə gətirməklə dövlət çevrilişinə cəhdlər edilir. Onların məqsədi Ermənistanı hansısa ölkənin əyalətinə çevirmək və suverenliyi məhdudlaşdırmaqdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində keçirilən brifinqdə hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib.

“Ermənistanda bəzi qüvvələr Rusiya tərəfindən idarə olunur”, – deyən Artur Ovannisyan vurğulayıb ki, Rusiyanın dövlət mediasında verilən açıqlamaları oxuyanda, Rusiya siyasətçilərinə qulaq asanda, illərdir Ermənistanı qarət edib Rusiyaya qaçan insanlara baxanda kimin kim olduğunu bilmək olur.

O, əmin olduğunu bildirib ki, Ermənistanın dövlət sərhədinin olmaması üçün hər şeyi edən qüvvələr var:

“Onlar vəziyyətin gərginləşməsinə səbəb ola biləcək proseslər yaradırlar. Ermənistanın suverenliyinə xələl gətirmək və ölkəmizi qanlı müharibəyə cəlb etmək üçün hər şey edirlər. Bu, onların bir nömrəli məqsədidir. Onların məqsədi öz qubernatoru olan ucqar əyalətə sahib olmaqdır. Bu, onların arzusudur”, – deyə deputat vurğulayıb.

Ovannisyan əmin edib ki, hakim partiya Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində, delimitasiya və demarkasiya, eləcə də sülh prosesinin təşviqində iştirak edir. Fraksiya katibi xatırladıb ki, Ermənistanın baş naziri Tavuş kəndlərinə gedib və mövcud vəziyyəti şərh edib.

Bütün dövlət qurumları, baş nazir və bütün hakim partiya sərhədyanı kəndlərin sakinlərinin yanındadır və biz problemləri birlikdə həll edəcəyik. Əgər Ermənistanda iğtişaşlar törətməyə çalışan insanlar qanun çərçivəsindən çıxmağa çalışsalar, o zaman qanun işləyəcək. Kənardan siyasi istiqamət var və bu, siyasi kontekstdən kənara çıxarsa, o zaman hüquq-mühafizə orqanları Ermənistanda iğtişaşlar yaradanlara qarşı sərt tədbirlər görəcək”, – deyə deputat fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*