Ermənistanın 1163 yük maşını Rusiyadan Gürcüstana keçmək  üçün NÖVBƏ GÖZLƏYİRbackend

Ermənistanın 1163 yük maşını Rusiyadan Gürcüstana keçmək üçün NÖVBƏ GÖZLƏYİR

Ermənistana məxsus təxminən 1,1 min yük maşını Rusiya tərəfində “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsindən elektron növbədən keçmək üçün gözləyir.

KONKRET.az xəbər verir ki, bunu Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzinin məlumatları sübut edir.

Qeyd olunur ki, növbə gözləyən yük maşınlarının ümumi sayı 4035-dir. Onlardan 1163-ü Ermənistanındır.

Yaşıl zonada, həmçinin “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsinin yaxınlığında müxtəlif ölkələrdən gələn 300-ə yaxın ağır yük maşını var.

Bundan əvvəl Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidməti məlumat vermişdi ki, “Yuxarı Lars” keçid məntəqəsi normal rejimdə işləyir, lakin ona bitişik “Kazbeqi” keçid məntəqəsinin işinin ləngiməsi səbəbindən yük maşınlarının faktiki keçidi azalıb.

Gürcüstan Hərbi Yolu indi Rusiyanı Ermənistanla birləşdirən yeganə quru yoludur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*