Ermənistanın 400 yük maşını Rusiya-Gürcüstan sərhədini keçə bilmirbackend

Ermənistanın 400 yük maşını Rusiya-Gürcüstan sərhədini keçə bilmir

Rusiya və Gürcüstan sərhədində “Yuxarı Lars” keçid məntəqəsinin qarşısında müxtəlif ölkələrdən 1 325 yük maşını növbədə qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik” yazıb.

Bildirilir ki, yük maşınlarının təxminən 400-ü Ermənistana məxsusdur.

Qeyd edək ki, Gürcüstan Hərbi Magistralı Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

Marşrut Vladiqafqazdan Tbilisiyə qədər, “Yuxarı Lars” sərhəd-keçid məntəqəsindən keçir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*