Ermənistanın baş naziri Nikol Paşinyan İstanbuldakı məşhur Göy Məscidə (Sultan Əhməd Məscidi) səfər edib. Bu barədə o, öz sosial media hesabında paylaşım edib və “İstanbuldakı Göy Məscidi ziyarət etdim” deyə yazıb.
KONKRET.az xəbər verir ki, qeyd olunur ki, Paşinyan bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk işgüzar səfərini həyata keçirir. Onu səfərdə Xarici İşlər Naziri Ararat Mirzoyan, XİN rəhbərinin müavini Vahan Kostanyan və parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.
Eyni zamanda, İstanbulda bu gün Paşinyanla Ərdoğan arasında görüşün keçirilməsi planlaşdırılır.
Natiq Səlim,
KONKRET.az