Ermənistanın baş prokurorluğu Seyran Ohanyana ittiham irəli sürdübackend

Ermənistanın baş prokurorluğu Seyran Ohanyana ittiham irəli sürdü

Ermənistan parlamentində müxalif “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyana rəsmi ittiham irəli sürülüb.

KONKRET.az xəbər verir ki, Ohanyan Ermənistan İstintaq Komitəsində dindirilməkdən imtina edib və irəli sürülən ittihamları tanımadığını bəyan edib.

Ona qarşı qətimkan tədbiri olaraq ölkəni tərk etməmək barədə iltizam seçilib.

Sabiq müdafiə nazirinə qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb. Bunlar vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatların verilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*