Ermənistanın “Nubaraşen” cəzaçəkmə müəssisəsində şərait sadəcə olaraq qeyri-insanidir.
KONKRET.az xəbər verir ki, bunu avqustun 16-da keçirdiyi mətbuat konfransında “Hüququn İnkişafı və Müdafiəsi Fondu”nun hüquq üzrə eksperti David Qyurcyan deyib.
Onun sözlərinə görə, istintaq hərəkətlərinin aparılması, vəkillə fərdi, qısa və uzunmüddətli görüşlər üçün otaqlar acınacaqlı vəziyyətdədir.
“Nübaraşen cəzaçəkmə müəssisəsində vəziyyət sadəcə olaraq dəhşətlidir. Pəncərələr zədələnib, divarlar bərbad vəziyyətdədir. Gecələmə ilə bağlı problemlər var. Üstəlik, sanitar-gigiyenik şərait də çox pisdir”, – deyən Qyurcyan cəzaçəkmə müəssisəsində gəzinti üçün uyğun ərazinin olmadığını bildirib.
“Helsinki Assosiasiyası” ictimai təşkilatının sədri Nina Karapetyants isə deyib ki, “Nubaraşen” cəzaçəkmə müəssisəsində qalmaq oradakı məhkumlara və əməkdaşlara qarşı qeyri-insani rəftar və işgəncədir.
Natiq Səlim,
KONKRET.az