Ermənistanın gələcəyi bu iki ölkədən asılıdır – Paşinyanın “Minsk qrupu” açıqlaması ilə bağlı MÜHÜM DETALLARbackend

Ermənistanın gələcəyi bu iki ölkədən asılıdır - Paşinyanın "Minsk qrupu" açıqlaması ilə bağlı MÜHÜM DETALLAR

“Ermənistan baş naziri Nikol Paşinyanın ATƏT-in Minsk qrupunun fəaliyyətini faydasız adlandırması, ölkənin xarici siyasət kursunda mühüm dəyişikliklərin baş verdiyinə işarədir”.

Bu fikirləri KONKRET.az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov səsləndirib. Onun sözlərinə görə, Minsk qrupu vaxtilə Ermənistan–Azərbaycan münaqişəsinin həlli üçün vasitəçi kimi yaradılmışdı. Lakin 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra artıq bu quruma ehtiyac qalmadı:

Putinin PLANI HAZIRDIR: Ermənistanda çevriliş bu tarixdə baş tutacaq, Paşinyan onların əli ilə devriləcək… | KONKRET

“Azərbaycan BMT və digər beynəlxalq qurumların qətnamələrini özü icra etdi, torpaqlarımız işğaldan azad olundu. Minsk qrupu isə fəaliyyət göstərdiyi 30 ildən artıq müddətdə heç bir real nəticə ortaya qoymadı, əksinə münaqişənin uzanmasına xidmət etdi. Ermənistan tərəfinin də bu qurumu faydasız adlandırması reallığın qəbul edilməsidir”, – deyə Əlibəyov qeyd edib.

Ekspertin sözlərinə görə, Paşinyanın bu addımı həm də dəyişən geosiyasi vəziyyətin nəticəsidir:

“O, başa düşür ki, Cənubi Qafqazda Ermənistanın gələcəyi Azərbaycan və Türkiyədən asılıdır. Buna görə də reallığa uyğun siyasət yürütməyə başlayıb. Bu, Ermənistanın praqmatik xarici siyasətə keçid etdiyini göstərir”.

Vəli Əlibəyov əlavə edib ki, Ermənistan qonşu dövlətlərlə sülh şəraitində yaşamaq, onlara qarşı ərazi iddialarından əl çəkmək xəttini götürür:

“Düzdür, hələlik konstitusiyada dəyişiklik edilməyib və rəsmi şəkildə ərazi iddialarından imtina açıqlanmayıb. Amma bu proses başlayıb. Konstitusiyaya dəyişiklik ediləcək və nəticədə Azərbaycanla sülh müqaviləsi imzalanacaq”.

Ekspert hesab edir ki, Paşinyanın Minsk qrupunu faydasız elan etməsi, Ermənistanın yeni reallıqları qəbul etdiyini və xarici siyasət kursunda köklü dəyişikliklərin baş verdiyini nümayiş etdirir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*