Ermənistanın heç bir rəsmisinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq hüququ yoxdur – İrəvandan SƏRSƏM AÇIQLAMAbackend

Ermənistanın heç bir rəsmisinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq hüququ yoxdur - İrəvandan SƏRSƏM AÇIQLAMA

“Səbir kasası çoxdan dolub”.

KONKRET.az xəbər verir ki, bunu Ali Sovetin keçmiş deputatı və Konstitusiya Məhkəməsinin keçmiş üzvü Kim Balayan Ermənistan Ali Sovetinin deputatlarının

Müstəqillik Bəyannaməsinin qəbulunun 34-cü ildönümünə həsr olunmuş iclasında deyib.

O qeyd edib ki, İstiqlal Bəyannaməsi Ermənistan Konstitusiyasının inkişafı, dövlət qanunlarının qəbulu, dövlət orqanlarının fəaliyyəti üçün əsasdır, hüquqi və siyasi dövlət həyatımızın qurulmasının əsasıdır.

“Ali Sovetin eyni qərarına əsasən, Ermənistanın heç bir rəsmisinin Qarabağı (sabiq separatçı rejimi nəzərdə tutur – red.) başqa dövlətin bir hissəsi kimi tanımaq hüququ yoxdur.

Bu gün biz görürük ki, hansısa erməni məmuru, baş nazir və ya başqası, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Əgər biz Konstitusiyada nəzərdə tutulduğu kimi hüquqi dünyada yaşayırıqsa, o zaman Baş Prokuror dövlətə xəyanətə görə dərhal cinayət işi qaldırmalı və o məmurları məsuliyyətə cəlb etməli idi”, – Kim Balayan vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Əliaslan
    Avqust 25, 2024 - 08:52

    O cümlədən ermənistan kimi əldəqayırma bir dövlətin Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağımızı özününkü sayması nə hüquqa, nə insanlığa nə də əxlaqa aidigyəti olmayan bir yuxudur. Yenə qaşınırlar, indi yumruq yox, ayrı şey görəcəklər.

Əliaslan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*