“Mən Ermənistanın İstanbul Konvensiyasının ratifikasiya olunmasını istəyirəm”.
KONKRET.az xəbər verir ki, bunu İrəvanda keçirilən Erməni Demokratiya Forumu zamanı Aİ-nin Ermənistandakı ofisinin rəhbəri, səfir Andrea Viktorin deyib.
Onun sözlərinə görə, “Bilirəm ki, mənim dediyim cümləni bəyənməyənlər var, amma təkrar edirəm, bu addım qadınların müdafiəsi üçündür. Mən gözləyirəm ki, siyasi cəmiyyətin nümayəndələri bizi dəstəkləsinlər”.
Səfirin sözlərinə görə, çox yaxşı işləyən ictimai təşkilatlar var. “Qadınlara Qarşı Zorakılıq Koalisiyası və digər təşkilatlar əlil qadınlara verilən hüquqları dəstəkləyir. Çox iş görülür, lakin bu iş daha çox ola bilərdi”, – Aİ səfiri əlavə edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az