Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan Yerevan-Kentron cəzaçəkmə müəssisəsini tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Xatırladaq ki, məhkəmə eks-nazirin həbs-qətimkan tədbirini 15 milyon dram girov müqabilində dəyişdirib.
Tonoyan 3 ilə yaxın həbsdə qalıb. 2021-ci ildə Ermənistanın Milli Təhlükəsizlik Xidməti silah tədarükü ilə məşğul olan Tonoyan və David Qalstyanın böyük oğurluqda şübhəli bilinərək saxlanıldığını və sonra həbs edildiyini bildirib.
Günel Mikayılova,
KONKRET.az