Ermənistanın müdafiə naziri  Azərbaycanla sərhədə gəldibackend

Ermənistanın müdafiə naziri Azərbaycanla sərhədə gəldi

Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycanla sərhəddə, Göyçə mahalında (Geqarkunik vilayəti) yerləşən hərbi hissəyə baş çəkib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Papikyan əvvəlcə taborun döyüş növbətçiliyinin yeni tikilmiş və qismən istifadəyə verilmiş hərbi şəhərciyində dayanıb, təlim mərhələsinin başlanğıcında keçirilən baxışa baxıb. O, çağırışçılarla söhbət edib, onların suallarını cavablandırıb.

Sonra nazir hərbi şəhərciyin ərazisini gəzib, tikinti işlərinin gedişini izləyib.

Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan da onun yanında olub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*