“Ermənistanın parçalanması məsələsi danışıqlar masasındadır” – Ağacanyanbackend

"Ermənistanın parçalanması məsələsi danışıqlar masasındadır" - Ağacanyan

“Ermənistanın parçalanması məsələsi danışıqlar masasındadır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Hollandiyadakı keçmiş səfiri Dzünik Ağacanyan mayın 11-də erməni mediasına müsahibəsində deyib.

“Ermənistan hökumətinin başçısı üçün Qarabağ məsələsi artıq Praqa sənədi ilə həll olunub.

Əgər 2018-ci ilə qədər torpaqların Qarabağın müstəqilliyi müqabilində dəyişdirilməsi məsələsi müzakirə olunurdusa, indi Ermənistanın mövcudluğu məsələsi müzakirə olunur. Ermənistanın parçalanması məsələsi danışıqlar masasındadır”, – deyə Ağacanyan bildirib.

O, əlavə edib ki, bu, Ermənistan hakimiyyətinin yeritdiyi siyasətin bütün erməni xalqı üçün faciəvi nəticələrinin miqyasına dəlalət edir.

“Əgər bu gün təklif olunan sülh müqaviləsi imzalansa, ermənilər Türkiyənin təsiri altında olan bu ərazidən çox tez qovulacaqlar. Bundan sonra demoqrafik mənzərə dəyişəcək.

Təsadüfi deyil ki, Bakı “Qərbi Azərbaycan”la bağlı ritorikanı gündəmə gətirib”, – deyə Ağacanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*