Ermənistanın qorxunc planı – Yeni silahlarla Azərbaycana hücum planlaşdırılır?backend

Ermənistanın qorxunc planı – Yeni silahlarla Azərbaycana hücum planlaşdırılır?

Hazırda Hindistanın Ermənistanın “Pralay” raketlərinin tədarükü ilə bağlı müraciətinə baxdığı ilə bağlı xəbərlər yayılır. Məlumata görə, iyun ayından Ermənistan “Pralay” raketlərinin tədarükü ilə bağlı Hindistana müraciət edib.

Bu texnologiyayaları zərərsizləşdirmək üçün Azərbaycanda hərbi vasitələr varmı? 500 km mənzilli ballistik raketlərin alınmasında məqsəd nədir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı  danışan politoloq Turab Rzayev deyib ki, Azərbaycanın havadan mühafizə sistemi son illərdə xüsusilə gücləndirilib:

“Azərbaycanda Bakı, Mingəçevir su anbarı və digər strateji ərazilər Dəmir Günbəz sisteminə uyğun sistemlə mühafizə olunur. Eyni zamanda Azərbaycan Rusiyadan “S-300”, “S-400”-lərin alınması ilə bağlı müqavilə imzalayıb, İsraildən havadan müdafiə sistemləri alıb. Azərbaycan bu raketləri “Havadan-havaya”, “Yerdən-havaya” tipli raketlərlə də vura bilər. Müdafiə imkanlarımız genişdir. Bu raketlərin Ermənistana gəlib-gəlməyəcəyi dəqiq deyil. Sözügedən raketlər kifayət qədər uzunmənzillidir və ağır yük daşımağı bacarır. Onların ixracı ilə bağlı müəyyən məhdudiyyətlərin, qadağaların olması şərtdir”.

Politoloqun sözlərinə görə, Ermənistan bu texnikaları Azərbaycanın strateji hədəflərini vurmaq məqsədi ilə alır:

“Bu strateji obyektlər də Bakıda yerləşir. Ermənistanda Rusiya istehsalı olan bəzi silahlar var ki, onlar qeyri-dəqiq olduğundan istədikləri nəticələri əldə edə bilmirlər. Hazırda Azərbaycanla balans yaratmaq üçün Ermənistan bu texnikaları alır. Azərbaycan bunun qarşısını almağa çalışmalıdır. Raketlər alınarsa, hərbi siyasi və strateji cəhəhdən müəyyən plan hazırlanmalıdır. Sülh müqaviləsi imzalamağa hazır olduğunu deyən Ermənistan əslində Azərbaycanın paytaxtını, siyasi, maliyyə, iqtisadi mərkəzini, neft infrastrukturunu , hərbi məntəqələrini hədəf altına alır”./Globalinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*