Ermənistanın Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıması danışıqlarda erməni tərəfinin mövqeyini xeyli zəiflətdi və bu, Ermənistanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının sonuncu iclasında açıq şəkildə hiss olundu.
KONKRET.az xəbər verir ki, bunu keçmiş deputat Boris Aruşanyan deyib:
“Qarabağ probleminin BMT Təhlükəsizlik Şurasında müzakirəsi ümumilikdə müsbət addımdır. Lakin belə bir şəraitdə nəzərə almaq lazımdır ki, fövqəldövlətlər məsələnin həllini adətən zəif tərəfin hesabına təmin edir. Bu gün isə Ermənistan zəif tərəfdir. Buna görə də Ermənistan hakimiyyəti BMT Təhlükəsizlik Şurasına müraciət etməzdən əvvəl nəzərə almalı idi ki, onların Azərbaycanın ərazi bütövlüyünü tanıması danışıqlarda mövqelərini əhəmiyyətli dərəcədə zəiflədəcək. BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan bəyan etməliydi ki, rəsmi İrəvan Qarabağın müstəqilliyini tanımağa və təhlükəsizlik təminatı verməyə məcburdur. Belə sərt mövqe qarşısında dünya ictimaiyyəti susacaqdı”.
Bu, bir erməni siyasətçinin mövqeyidir. Onun fikirincə, Ermənistan Qarabağın müstəqilliyini tanıyarsa, bütün məsələlər həllini tapacaq. Əslində Aruşanyan bunun nə ilə nəticələnəcəyini yaxşı anlayır və sadəcə Ermənistanın düşdüyü hazırkı vəziyyətlə barışmaq istəmir. Nəyin bahasına olursa-olsun itirdikləri mövqeyi geri qaytarmaq üçün çalışan erməni siyasətçilər bu cür təxribatçı bəyanatlar verməklə erməni cəmiyyətində çaşqınlıq yaradırlar.
Vəli Həsənov,
KONKRET.az
He taniyacaq Qarabagjn musdeqilliyin darixmayin Susadayiqee basinizin usdunde uje yunuruq daha yaxindadi her hereketinizi horuruk terpendiz basinizi dagidacayiq seresem beyanatlarinizi ozunuze saxlayin butun dunya ve ermenistan ozu bele bilirki Qarabag Azerbaycanin ayrilmaz hissesidi orda yasayan zibiller ise bizim yamaqlari.izdi ermenistan ise poxun yekesidi ayri cur olada bilmez.