“İkinci Qarabağ savaşından sonra iki qonşu dövlət arasında etnopolitik qarşıdurma hələ də davamı var. Sərhəd delimitasiyası və demarkasiyası məsələsi gündəmdədir, lakin qarşılıqlı faydalı kompromisə heç bir əsas yoxdur”.
KONKRET.az xəbər verir ki, bu fikirləri rusiyalı ekspert Sergey Markedonov deyib.
Onun sözlərinə görə, ikinci Qarabağ savaşının nəticələrinə görə, bu gün İrəvan və Bakı yerlərini dəyişib.
Belə ki, 2020-ci ildən sonra Azərbaycan tərəfi özünü qalib kimi hiss edir və Ermənistana hər vəchlə şərtlərini diqtə etməyə çalışır. “Azərbaycan bu baxımdan Türkiyənin dəstəyinə arxalanır. İrəvan isə Qarabağla bağlı güzəştlərin davam edə biləcəyindən qorxur. Və bu prosesin hansı nöqtədə dayanacağına heç bir zəmanət yoxdur”.
Siyasi analitikq vurğulayıb ki, bütün bunların fonunda Ərdoğanın Ermənistana mesajları birmənalı qarşılana bilməz. “O, Ermənistanla münasibətlərin normallaşmasını strateji hədəflərinin həyata keçirilməsi üçün bir vasitə kimi görür”.
Rəsmiyyə Şərifova,
KONKRET.az