“Ermənistanla Azərbaycan arasındakı münaqişə yalnız Qarabağla məhdudlaşmır.backend

"Ermənistanla Azərbaycan arasındakı münaqişə yalnız Qarabağla məhdudlaşmır"

Rusiya Xarici İşlər Nazirliyi yanında MGIMO-nun aparıcı tədqiqatçısı Sergey Markedonov iki ölkə sərhədində baş verən intensiv atışma ilə bağlı şərh verib.

KONKRET.az xəbər verir ki, ekspert bildirib ki, ötən əsrin 90-cı illərindən bəri Ermənistanla Azərbaycan arasında düşmənçilik davam edir.

Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayında Qarabağ müharibəsinə son qoyan Üçtərəfli Sazişin imzalanmasından sonra Sünik (Zəngəzur) bölgəsində vəziyyət daha da pisləşib. Belə ki, müharibədən sonra əvvəllər mövcud olmayan sərhəd məsələsi meydana çıxıb. “Üstəlik, burada delimitasiya və demarkasiya ilə bağlı ciddi problemlər var. Çünki bu prosesdə hansı xəritələrdən istifadə oluna biləcəyi məlum deyil. Başqa ziddiyyətlər də var. Bu, Qarabağın statusu və dəhliz problemidir (Ermənistandan Qarabağa, Şərqi Azərbaycandan Naxçıvana)”, – deyə Markdenov vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Vuqar
    İyul 29, 2021 - 06:40

    Bunu senede qol cekende Pasinyan ..yaxsi..dusunub ona gore bu ..suyu bulandirmaqdan..basqa bir sey deyil!
    Rus bilir ki, dehliz olmasa onun Qarabagda missiyasi bos seydi!

  • Vuqar
    İyul 29, 2021 - 06:47

    Makron Pasinyani konkret bir plan uzerinde ..yaxsica..melumatlandirib ki,bu yolla getsen biz(ES) ucterefli muqavileni quvveden sala bilerik ona gorede ermeniler bilir ne edirler!
    Ermeni onada arxayindir ki,Zengezur dehlizi olmasa bele Azerbaycan Lacin dehlizini rusa gore baglaya bilmez !

  • Vuqar
    İyul 29, 2021 - 06:56

    Rus ele serait yaradib ki, istenilen veziyyetde bu isden qalib cixir ,Azerbaycan ve Turkiye bu isde ince hereketlerle ,siyasi gedislerle bu munaqiseni oz xeyirlerine hell ede bilerler Iran,Fransa ve Amerikanin dehliz meselesinde eks movqede olmasi bu isleri dalana direyir!
    Meqsed Qafqazda sulhe imkan vermemek ve Minsk qrupunu ..diriltmek..
    dir!

Vuqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*