Ermənistanla istənilən sülh müqaviləsi etibarsızdır – Ölkədə revanşist açıqlamalar həddini aşıbbackend

Ermənistanla istənilən sülh müqaviləsi etibarsızdır - Ölkədə revanşist açıqlamalar həddini aşıb 

“Azərbaycan sırf imic naminə sülh sazişi imzalamayacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni ekspert Ara Poqosyan bildirib.

O daha sonra fikirlərini belə davam etdirib: 
“Ermənistan hakimiyyəti danışıqların sonuncu raunduna qədər razılaşdırılmış məqamlarla s
ülh sazişini imzalamağa hazır olduqlarını bəyan edəndə, əslində daha çox çərçivə sazişinə eyham vururdu. Azərbaycan isə bundan imtina etdi.

Həm Hikmət Hacıyev, həm Ceyhun Bayramov, həm də İlham Əliyev əvvəldən dəfələrlə bunun onlar üçün qəbuledilməz olduğunu bildiriblər. Üstəlik, əgər erməni seqmentində noyabrda Azərbaycanda keçiriləcək COP29 konfransı ilə əlaqədar Bakının sülh müqaviləsi imzalaya biləcəyi ilə bağlı belə bir fikir var idisə, o zaman ilk andan bəlli idi ki, Azərbaycan belə bir strateji sazişi bağlamayacaq”.

Politoloqun fikrincə, Türkiyənin də bu razılaşmaya ehtiyacı var və onun vasitəsilə pantürk ideyalarını həyata keçirməyə çalışacaq. “Azərbaycan üçün sülh sazişi təkcə Ermənistan-Azərbaycan problemi deyil, bu saziş pantürk problemini həll etməlidir.

Bunu Türkiyə tərəfinin bəyanatları da sübut edir. Üstəlik, mən əminəm ki, bu saziş Türkiyə ilə Azərbaycan arasında bu sazişin müddəaları üzrə birgə konsensus formalaşdıqdan sonra imzalanacaq və hər iki dövlət əmin olacaq ki, bu, onların uzunmüddətli strategiyasının həyata keçirilməsinə kömək edəcək, nəinki əksinə” deyə politoloq qeyd edib.

Göründüyü kimi, əksər erməni politoloqlar revanşist əhval-ruhiyyəsinə köklənib və Azərbaycanla imzalanacaq hər hansı sülh müqaviləsini alqışlamayacaq. Dövlət və xalq olaraq bu qövmə etibar yoxdur.

Natiq Səlim, 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*