Ermənistanla sərhəddə aktivlik: Yenidən hərəkətə keçdilər – VİDEObackend

Ermənistanla sərhəddə aktivlik: Yenidən hərəkətə keçdilər – VİDEO

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri növbəti dəfə Aprelin 15-də Qazax rayonu ilə həmsərhəd əraziyə gələrək müşahidə aparıblar.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a “müşahidə missiyası”nın növbəti belə hərəkəti haqda video daxil olub. Videodan görünür ki, “missiya” üzvləri iki “Toyota” markalı cip maşınla hərəkət edirlər.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

Qeyd edək ki, artıq xeyli müddətdir ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı “müşahidə missiyası” Azərbaycanla sərhəddə aktivlik göstərir. Onlar vaxtaşırı Ermənistan-Azərbaycan sərhədinin müxtəlif nöqtələrində ərazilərimizə baxış keçirirlər. Hər dəfə durbinli şəbəkənin fəaliyyəti sərhədçilərimiz tərəfindən qeydə alınır.

Sözügedən videonu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*