“Ərtoğrul bəy” rolunda çıxış edən direktor danışdı – VİDEObackend

"Ərtoğrul bəy" rolunda çıxış edən direktor danışdı - VİDEO

Bir neçə gündür sosial şəbəkələrdə Xəzər rayonu Mərdəkan qəsəbəsi 124 saylı məktəbin direktorunun özünü “Ərtoğrul bəy” kimi aparması geniş müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, məktəbdə təşkil edilən bayram şənliyində teatrlaşdırılmış səhnələrə geniş yer verilib.

Məktəbin direktoru məktəblilərlə birlikdə kiçik səhnəcikdə çıxış edib.

Ömrünün 44 ilini sevdiyi peşəsinə bağlayan Adil Əliyevlə dərs zamanı görüşdük. İxtisasca fizika müəllimi olsa da, kompozisiyanın təşkli onun ideyası ilə gerçəkləşdirlib.

Adil Əliyev onun bu addımı ilə bağlı səsləndirlən tənqidi fikirlərə də münasibət bildirib:

O, deyir ki, əsas məqsədi məktəblilərin yaradıcılıq bacarıqlarını artırmaq, istedadlı şagirdləri aşkara çıxarmaq, onların yetkin vətəndaş kimi formalaşması işinə dəstək verməkdən ibarətdir.

Xəzər Xəbər mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*