Qobustanda ərzaq mağazasında pirotexniki vasitələr satan şəxs saxlanılıb.
Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat daxil olub.
Bildirilib ki, pirotexniki maddələrin gizli şəkildə satışı ilə məşğul olan şəhər sakini Nicat Cəbrayılov saxlanılıb.
Onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Faktla bağlı toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
