Ərzaqlıq buğdanın qiyməti ilə bağlı SƏRƏNCAMbackend

Ərzaqlıq buğdanın qiyməti ilə bağlı SƏRƏNCAM

Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd olunub ki, ökənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə bu Sərəncamın əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2025-ci il üçün 400,0 (dörd yüz) manat müəyyən edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*