İranın keçmiş XİN rəhbəri helikopter qəzasına görə bu ölkəni günahlandırdı – AD ÇƏKDİbackend

İranın keçmiş XİN rəhbəri helikopter qəzasına görə bu ölkəni günahlandırdı – AD ÇƏKDİ

“Helikopter qəzasının əsas təqsirkarlarından biri Amerikadır”.

KONKRET.az ISNA-ya istinadla xəbər verir ki, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, ölkəyə qarşı tətbiq edilən amansız sanksiyalar ucbatından faciənin əsas günahkarlarından biri, Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, ABŞ-dır. Çünki Amerika İrana təyyarə və aviasiya hissələrinin satışını dayandırıb:

“O, İran xalqının yaxşı aviasiya imkanlarına sahib olmasına icazə vermədi və bu məsələ Amerikanın İran xalqına qarşı cinayətlərinin qara siyahısına salınacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*